Britaniya Ukraynanı yüz minlərlə artilleriya sursatı ilə təmin edəcək

Britaniya Ukraynanı yüz minlərlə artilleriya sursatı ilə təmin edəcək

Britaniya hakimiyyəti 2023-cü ildə Ukraynanı yüz minlərlə artilleriya sursatı ilə təmin edəcək.

APA xəbər verir ki, bu barədə TASS Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisinin Birləşmiş Ekspedisiya Qüvvələrinin sammiti ərəfəsində yaydığı bəyanata istinadən xəbər verir.

Bildirilir ki, Britaniya rəhbərliyi fasiləsiz təchizatı təmin edəcək 250 milyon funt sterlinqlik müqavilə bağlayıb.

Sunakın ofisi xatırladıb ki, son bir il ərzində hökumət Ukraynaya 100 mindən çox artilleriya sursatı göndərib.

Bundan əvvəl Sunak Kiyevə hərbi yardımın effektivliyini yoxlamaq və Ukraynadakı münaqişənin gedişatını qiymətləndirmək barədə göstəriş verib.
BBC-nin hökumətdəki mənbələrinə görə, Britaniya səlahiyyətliləri “nə sərmayə qoyduğumuzu və nə əldə etdiyimizi görmək” üçün audit yoxlaması keçirmək istəyiblər.
Baş nazirin əmri hökumət dairələrində təşviş yaradıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + fourteen =