Britaniya və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Britaniya və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək planını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Müvafiq sənədi Londonda Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və onun səudiyyəli həmkarı, şahzadə Halid bin Salman Əl Səud imzalayıblar.

Plan iki ölkənin ümumi təhlükəsizlik problemlərinin həlli üçün, o cümlədən müntəzəm dialoq və məsləhətləşmələr, təhsil və təlim, habelə müdafiə imkanlarının yaradılmasıa böyük dəstək olacaq.

“Plan Böyük Britaniyanın Səudiyyə Ərəbistanı Krallığı ilə regional təhlükəsizlik və sabitliyi gücləndirmək üçün işləmək üçün güclü öhdəliyini təsdiqləyir”, -sənəddə deyilir.

Uolles planın imzalanmasını qarşılıqlı və regional sabitliyin qorunması naminə əməkdaşlığı inkişaf etdirməyə çalışan iki ölkə arasında münasibətlərdə əsas mərhələ adlandırıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + nine =