Britaniyada daha bir nazir istefa verib
Böyük Britaniyanın ailə və uşaq məsələləri naziri Uill Kuins və Nəqliyyat Nazirliyinin katibi Lora Trott istefa verdiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Britaniya KİV-ləri bildirib.
Beləliklə, baş nazir Boris Consonun rəhbərlik etdiyi hökuməti daha iki nəfər tərk edib.
Qeyd edək ki, ötən gün hökumətdən 10 nəfər, o cümlədən maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verdiyini açıqlamışdı.
Trend.az