Britaniyada etiraz aksiyalarında 100-dən çox adam həbs edilib

Böyük Britaniyada Fələstin tərəfdarı “Palestine Action” hərəkatının krallıqda qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı 100-dən çox adam saxlanılıb.
“Report”un “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə nümayişlərin keçirildiyi həmin şəhər və rayonların polisinin bəyanatında deyilir.
İngiltərənin cənub-qərbində Mançesterdə 18, Bristolda 17, Kornuolda Truro şəhərində 8 Londonda isə 65 nəfər saxlanılıb.
Əksər hallarda həbslər 2000-ci il Terrorizm Aktının 6 aya qədər həbs cəzasını nəzərdə tutan 13-cü maddəsinə əsasən həyata keçirilib. Aksiyaları “Defend Our Juries” hüquq müdafiə təşkilatı təşkil edib.