Britaniyalı həkim: İsrailin Qəzzada törətdiyi cinayətlərə “soyqırım”dan başqa söz tapa bilmirəm

Britaniyalı həkim: İsrailin Qəzzada törətdiyi cinayətlərə “soyqırım”dan başqa söz tapa bilmirəm

Təxminən bir aya yaxındır Qəzzada yaralıları müalicə edən ingiltərəli həkim işğalçı sionist rejimin cinayətlərinin miqyasını ifadə edə biləcək yeganə sözün soyqırım olduğunu açıqlayıb.

İRNA-nın bugünkü (13 noyabr) verdiyi xəbərə görə, avqustun ortalarından sentyabrın ortalarına qədər Qəzzada Əl-Nasser xəstəxanasında çalışan Nizam Mahmud deyib: İndiyə qədər biz dünyanın heç bir yerində xəstələrə qoyulan belə məhdudiyyətlər görməmişdik. Bu məhdudiyyətlər olmasaydı, on minlərlə insanın həyatı ölümdən xilas olardı.

Nizam Mahmud Britaniya İcmalar Palatasının Beynəlxalq İnkişaf Komitəsinin iclasında Qəzzadakı humanitar vəziyyətlə bağlı danışaraq əlavə edib: İsrail snayperlərinin qəsdən baş nahiyəsindən vurularaq ölən uşaqları xəstəxanada gördüm. Onların bədənlərində heç bir yara yox idi və başlarına yalnız bir güllə dəymişdi.

Bu səhiyyə fəalı sionist hərbçilərin qadın və uşaqdan tutmuş qocaya qədər mülki vətəndaşları hədəf alması haqqında deyib: Hədəf olmanız üçün fələstinli olmaq kifayətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =