Britaniyanın ən böyük hərbi gəmisi QƏZAYA UĞRADI

Britaniyanın ən böyük hərbi gəmisi QƏZAYA UĞRADI

Bu barədə Publika.az “Sky News”a istinadla xəbər verir .

Yalnız keçən il tam istifadəyə verilən 3 milyard funt-sterlinq dəyərində olan təyyarədaşıyan gəmi indi Uayt adasının cənub-şərqində lövbər salıb.

Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü deyib: “HMS Prince of Wales”, yeni mexaniki problemlə bağlı araşdırma davam edərkən, cənub sahilindəki təlim zonasında qalır”.

Britaniyanın ən böyük gəmisi avqustun 27-də “Şimali Amerika və Karib dənizi sahillərində gizli təyyarələr və İHA əməliyyatları” tətbiq etmək missiyasının bir hissəsi olaraq Böyük Britaniyanın Portsmut şəhərindən yola düşüb.

Onun F-35 sürətli reaktiv təyyarələri və dronları ilə Nyu-York və Halifaxı ziyarət etməsi planlaşdırılırdı.

Xatırladaq ki , Böyük Britaniya tezliklə Ukraynaya bir neçə döyüş gəmisini təhvil verəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 20 =