Britaniyanın baş naziri postuna ilk namizədin adı AÇIQLANDI
Bu barədə Publika.az xanım siyasətçinin “Twitter”inə istinadən xəbər verir.
“Məni yeni həyata başlamaq, vahid partiya yaratmaq, milli maraqlar çərçivəsində liderlik etmək istəyən həmkarlarımın dəstəyi ruhlandırıb. Ölkəmizi birləşdirmək, vədlərimizi yerinə yetirmək və növbəti seçkidə qalib gəlmək üçün Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olmaq üçün namizədliyimi irəli sürürəm”, – Mordont deyib.
Qeyd edək ki, o, Boris Consonun istefasından sonra seçki yarışında iştirak etsə də, yekun səsvermədən əvvəl sıradan çıxıb.
Xatırladaq ki, bu gün müdafiə naziri Ben Uolles baş nazir postu uğrunda mübarizədən imtina edib. Amma eyni zamanda o, Boris Consonun namizədliyini dəstəkləyəcəyini açıq şəkildə bildirib.
Conson və onun kabinetindəki keçmiş maliyyə naziri, son seçkidə Liz Trassa məğlub olan Rişi Sunakın yarışa liderlik etdiyi deyilir .
Publika.az