“British Airways” 150 uçuşu təxirə salıb
British Airways aviaşirkətinin sistemlərində kompüter nasazlığı son iki gündə 150-yə yaxın reysin təxirə salınmasına səbəb olub. Hadisə 16 minə yaxın sərnişinə təsir edib.
APA-nın məlumatına görə, bu barədə “Financial Times” məlumatlı mənbəyə istinadən yazır. Onun sözlərinə görə, nasazlıqlara görə aviaşirkət cümə axşamı günü 80, cümə günü isə daha 66 reysi ləğv edib.
Apa.az