Bu ərəb ölkəsinin məhsulları baykot edilir – SƏBƏB

Bu ərəb ölkəsinin məhsulları baykot edilir – SƏBƏB

Sosial media istifadəçiləri BƏƏ-nin sionist rejimlə münasibətlərini adiləşdirmə cəhdinə qarşı bu ölkənin məhsullarına qarşı boykot kampaniyası başladıblar.  

Maide.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, işğal altındakı Fələstin, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Əlcəzairdəki sosial media istifadəçiləri “#BAE məhsullarının boykot edilməsi” həştaqını paylaşır və Əbu-Dabinin Fələstin məsələsinə xəyanət etməsi və Yəmənə qarşı dağıdıcı rolu barədə bəzi yazılar yazırlar.  

Digər tərəfdən, bəzi sosial media istifadəçiləri sionist rejimə qarşı hər cür düşmənçiliyi göstərən məsələlərin Səudiyyə Ərəbistanı tədris proqramından çıxarıldığına diqqət çəkərək, bu təşəbbüslərin Ali-Səud rejiminin İsrail ilə münasibətləri adiləşdirmək  üçün ilkin addımlar olduğunu bildirirlər.  

Sosial media istifadəçiləri BƏƏ-nin sionist rejimlə münasibətlərini adiləşdirməsindən sonra ərəb ölkələrinə qarşı çirkli pulların yuyulması, qaçaqmalçılıq, talan və sui-qəsdlərin mərkəzinə çevrildiyini vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 7 =