Bu avtomobillər Bakını “hibrid qəbiristanlığı”na çevirəcək

Bu avtomobillər Bakını “hibrid qəbiristanlığı”na çevirəcək

Mövzu ilə bağlı Publika.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, yanvar ayından tətbiq olunan güzəşt müsbət təsirlərini göstərməkdədir: 

“Elektromobillər üçün o qədər də geniş imkanlarımız yoxdur, infrastruktur, enerji doldurma məntəqələri və s. öz həllini tapmayıb və bu, hələ də problem olaraq qalır. Ona görə də elektrik mühərrikli avtomobillərə maraq çox azdır. Ancaq hibrid avtomobillər kütləvi şəkildə ölkəyə gətirilir. Hibridlərin ölkəyə gətirilməsinin rəsmi dillerlər vasitəsilə həyata keçirilməsi yaxşı haldır. Lakin təəssüf ki, fərdi qaydada köhnə hibrid “Toyota Prius” avtomobilləri də gətirilir. Bu, heç xoş mənzərə deyil və ağır fəsadlarını bir müddət sonra yaşayacağıq, onlar “hibrid qəbiristanlığı”na çevriləcək. Çünki bu növ avtomobillər müxtəlif ölkələrdə artıq istifadəyə yararlı deyil, yəni atılıb və həmin dövlətlər onun daha müasir variantına keçir”.
E.Muradlı vurğulayıb ki, hazırda avtomobil bazarında qismən qiymət artımı müşahidə edilir: 

“Bu, taksiyə yarayan, daha böyük və köhnə olan hibrid avtomobillərin çox gətirilməsi ilə bağlıdır. Tələbat artdıqca, qiymətlərdə də müəyyən təsirlər özünü göstərir. Təəssüf ki, Azərbaycanda bazar alverçilər tərəfindən tənzimlənir, onlar istədikləri zaman qiyməti qaldıra və ya aşağı sala bilir, süni qiymət artımı yaradırlar. Belə məsələlərə dövlət tərəfindən nəzarət olunsa, çox yaxşı olar”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 2 =