Bu binalarda isti döşəmə vursanız, eviniz başınıza uça bilər-Video

Bu binalarda isti döşəmə vursanız, eviniz başınıza uça bilər-Video

Gündən günə müasirləşən Bakımızda yeni tikililərin sayı durmadan artır. Həm mərkəzdə, həm də şəhər kənarında hər cür şəraitə malik yeni binalar tikilir. Ancaq təəssüf ki, bu binaların bəzilərini təkcə tikinti şirkətləri təhlükə mənbəyinə çevirmir. Vətəndaşlar da bir çox hallarda ev aldıqdan sonra mənzilin konstruksiyasına dəyişiklik edirlər. Məsələn, mətbəxin yerinin dəyişdirilməsi, isti döşəmələrin vurulması binanın əlavə yüklənməsinə və ağırlıq mərkəzinin dəyişməsinə səbəb olur. Bu da zəlzələ və torpaq sürüşməsi zamanı binanının dayanıqlığının zəifləməsinə gətirib çıxardır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bildirir ki, mənzillərdə bu cür dəyişikliklər hər kəsin həyatını təhlükəyə ata bilər. Buna görə də, hansısa dəyişiklik zamanı mütləq mütəxəssislərlə məsləhətləşmək lazımdır.

“Bakı Memarlıq Layihələri” Bürosunun memarı Rəşad Qasımlı çoxmərtəbəli binaların əlavə olaraq yüklənməsinin 2 əsas səbəbinin olduğunu deyir.

Digər əsas məsələlərdən biri isə tikintinin mühəndis hesabatına uyğun aparılmamasıdır, yəni istifadə olunan avadanlıqların sayında və ya keyfiyyətində edilən dəyişikliklərdir.

Problemlə bağlı Fövqalədə Hallar Nazirliyi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, istismarda olan çoxmənzilli binalarda hər hansı yenidənqurma işləri, xüsusilə də binanın yükdaşıyıcı konstruktiv elementlərində dəyişikliklər yalnız binada müayinə işləri yerinə yetirildikdən və Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci və 90-cı maddələrinə əsasən aidiyyəti tikinti layihəsi ekspertizadan keçirildikdən və müvafiq qaydada icazə alındıqdan sonra aparıla bilər.

Ekspertlər deyirlər ki, istənilən binada dəyişikliklər onun istismar müddətinə də təsir edir. Həm tikinti şirkətlərinin, həm də vətəndaşların bu cür diqqətsizliklərinin fevralın 6-da Türkiyədə baş verən zəlzələ zamanı necə böyük faciələrə yol açdığını gördük. Buna görə təmir etdirəndə də, təmir edən də yüz ölçüb, bir biçməliyik ki, isti ocağımız soyuq məzarımıza çevrilməsin.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =