Bu enerji nəhəngi “Qazprom”la əməkdaşlığa son qoydu

Böyük Britaniyanın, eləcə də dünyanın nəhəng enerji şirkəti “Shell” Rusiyanın Ukraynaya olan hücumuna görə “Qazprom” şirkəti ilə əməkdaşlığına son qoyur.
BAKU.WS CNBC-yə istinadən xəbər verir ki, bununla bağlı şirkətin baş direktoru Ben van Burden açıqlama verib.
“Ukraynada Avropanın təhlükəsizliyini təhdid edən mənasız hərbi təcavüz nəticəsində baş verən insan itkilərindən şokdayıq”, – deyə baş direktor vurğulayıb.
“Shell” Rusiyanın Saxalin adasında yerləşən neft-qaz layihəsi – “Saxalin II”də 27,5%, “Salym Petroleum Development N.V”də isə 50% payını satdığı bildirilir.
Şirkətin 2021-ci ilin sonuna olan hesabatına görə, “Qazprom”dakı “dövrü olmayan aktivləri” 3 mlrd. dollar təşkil edib.
BAKU.WS