Bu gecə mübarək Ramazan ayının ehtimal olunan ikinci Qədr Gecəsidir

Bu gecə mübarək Ramazan ayının ehtimal olunan ikinci Qədr Gecəsidir

Ramazanın 20-dən 21-nə keçən gecə (bu il mayın 3-dən 4-nə keçən gecə) ehtimal olunan ikinci Qədr gecəsidir. Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub və ola bilər ki, bu, məhz Ramazanın 20-dən 21-nə keçən gecəsidir.

Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də adlandırılır.

Ramazanın 20-dən 21-nə keçən gecə digər bir hadisə ilə də əlamətdardır. Hicri tarixi ilə 40-cı ildə müsəlmanların birinci imamı Həzrət Əli (ə) dünyasını dəyişib. Həzrət Əli (ə) birinci Qədr gecəsi məsciddə namaz qılarkən Əbdürrəhman ibn Mülcəm tərəfindən qılınc zərbəsinə məruz qalıb, 2 gün sonra isə şəhid olub. İmam Əli (ə) bəşər övladı olaraq yeganə şəxsdir ki, dünyaya Kəbədə gəlmiş, dünyasını isə Allah evində dəyişmişdir.

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. 2 rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə) və İmam Huseynin (ə) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

Allah orucunuzu qəbul etsin!

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =