Bu gün İordaniya, Misir və Fələstin dövlətlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək

Bu gün İordaniya, Misir və Fələstin dövlətlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək

İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə çərşənbə günü Aqabada üçtərəfli sammit keçiriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İordaniya monarxının ofisindən məlumat verilib.

Məlumata görə, tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri müzakirə edəcəklər. 

Görüş İordaniyanın “Qəzza zolağında dərhal atəşkəs” əldə etmək və bölgəyə davamlı olaraq humanitar yardım çatdırmaq səyləri çərçivəsində baş tutacaq. Yaxın Şərq liderlərinin gözlənilən görüşünün digər təfərrüatları hələlik verilməyib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 13 =