Bu il Azərbaycan foto və kino mallarının idxalını 10 %-dək artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 431,29 min ABŞ dolları dəyərində foto və kino malları idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 38,8 min ABŞ dolları və ya 9,9 % çoxdur.
Hesabat dövründə foto və kino mallarının idxalı Azərbaycanın ümumi idxalının 0,03 %-ni təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 392,49 min ABŞ dolları təşkil edən foto və kino malları gətirilib.
Salamnews