Bu il bayramla əlaqədar İrandan Azərbaycana turist gəlməyəcək

Bu il bayramla əlaqədar İrandan Azərbaycana turist gəlməyəcək

Bu il bayramla əlaqədar İrandan Azərbaycana turist gəlməyəcək. Azərbaycan vətəndaşları da yalnız xüsusi icazə ilə İrana səfər edə bilərlər

Bu il iki ölkənin də milli bayramı olan Novruzla bağlı səfərlər gözlənilmir. Koronavirus infeksiyasına yoluxma sayının hər gün artması və qonşu İran İslam Respublikasının sərhədlərini bağlaması turist səfərlərinin təşkil edilməməsi ilə nəticələnib. 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən bildirilib ki, Azərbaycan vətəndaşları da yalnız xüsusi icazə ilə İrana səfər edə bilərlər.

“Koronavirus səbəbilə sərhədlərimiz bağlıdır. Buna görə də istər Azərbaycandan İrana, istərsə də İrandan Azərbaycana səfərlərin olacağı gözlənilmir. Azərbaycandan yalnız müalicə üçün İrana gedirlər. Bunun üçün də səfirliyə müraciət edilir. Yalnız xüsusi icazə ilə, müalicə üçün getmək mümkündür. Buna görə də, bayramla əlaqədar İran vətəndaşlarının Azərbaycana səfər etməsi ehtimal edilmir”, – deyə qeyd edilib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eighteen =