Bu il Ceyhan limanından 27 mln bareldən çox neft nəql edilib

Bu il Ceyhan limanından 27 mln bareldən çox neft nəql edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “Botas International Limited” (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 27,330 mln barel xam neft nəql edib.

Bu həcmdə xam neft 37 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,598 mlrd barel neft 4 696 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + five =