Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb

Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti bu ilin əvvəlindən bu günə qədər Ceyhan terminalından 63,418 milyon barel xam neft nəql edib.

Bu həcmdə xam neft 87 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 mlrd 634 mln barel xam neft 4 746 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 10 =