Bu il Ərbəin yürüşündə 23 milyon zəvvarın iştirakı gözlənilir

Bu il Ərbəin yürüşündə 23 milyon zəvvarın iştirakı gözlənilir

Builki Ərbəin yürüşündə İmam Hüseyn (ə) aşiqlərinin sayı ilə bağlı proqnoz səsləndirilib.

Bu barədə İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani danışıb.

O, Ərbəin yürüşünün təhlükəsizliyi istiqamətində görülən işlərlə tanış olub, zəhmət çəkən hər kəsə öz minnətdarlığını bildirib.

Əs-Sudani bildirib ki, 2024-cü ildə baş tutacaq Ərbəin yürüşündə iraqlı və qeyri-iraqlı 23 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.

O, xarici zəvvarların İraqa gəlişinin asanlaşdırılması və rahatlaşdırılması üçün də tədbirlərin görülməsini tapşırıb.

Baş nazir hazırda gündə 140 mindən çox xarici zəvvarın İraq ərazisinə daxil olduğunu da deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 5 =