Bu il İordan çayının qərb sahilində 118 fələstinli şəhid olub

Bu il İordan çayının qərb sahilində 118 fələstinli şəhid olub

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı hesabat yayaraq, 2022-ci ilin əvvəlindən işğal altındakı Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində 118 fələstinlinin İsrail əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.

Fələstin mətbuatına istinadən verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı hesabatında 2022-ci ilin əvvəlindən işğal altındakı Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 118 fələstinlinin İsrail əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.

Bu hesabata görə, bu şəxslərin 26-sı uşaq, 5-i isə qadındır.

Bu şəxslərdən biri uşaq olmaqla 3 nəfər işğalçı sionist mühacirlər tərəfindən şəhid edilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Qəzzədə, İordan çayının qərb sahilində və işğal altında olan Qüdsdə 200-ə yaxın fələstinli şəhid olub. Bu arada, Cənin əyaləti (İordan çayının qərb sahilinin şimalı) ən az 46 şəhidlə İordan çayının bütün əyalətləri arasında ən çox şəhid verib.

Bu şəhidlərin əksəriyyəti sionist əsgərlərin birbaşa güllələri ilə öldürülüb və buna baxmayaraq, Qərb hökumətləri işğal olunmuş ərazilərdə bu qanlı hadisələrə heç bir reaksiya verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − one =