Bu il İrandan 224 milyon dollarlıq əl işləri məhsulu ixrac edilib

Mədəni İrs, Turizm və Əl İşləri naziri deyib: “Gömrük statistikasına əsasən, bu il rəsmi olaraq ən sənayesi məhsulları ixracı 224 milyon dollar, baqaj ixracı isə demək olar ki, eyni həcmdə olub.
”Seyid Rza Salehi Əmiri çərşənbə günü, fevralın 26-da hökumət iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Hökumət əl sənayesi məhsullarının ixracına maneələri aradan qaldırmağa çalışır. Bununla bağlı problemlərdən biri valyuta müqavilələri idi. Bu məsələ Mərkəzi Bankın əməkdaşlığı ilə həll olundu. Biz sənətkarların sığortası məsələsini də izləyirik.”
Əl sənayesinin yeni yolda irəlilədiyini və parlaq gələcəyinin olduğunu bildirən nazir əlavə edib: “Dünya Əl Sənayesi Şurasının sədri İranı “əl sənayesinin cənnəti” adlandırıb. Bu onu göstərir ki, əl sənəti işləri ilə məşğul olan sənətkarların əsərləri beynəlxalq aləmdə yüksək dəyərə və cəlbediciliyə malikdir.”