Bu il Nəcəf ziyarətində qadınlar da olacaq+Foto
Hər ildən fərqli olaraq bu il Hz.Əli (ə) hərəmini ziyarət etmək üçün qadınların girişinə məhdudiyyət qoyulmayıb.
Fars İnformasiya Agentliyinin məlumatına görə, Ərbəin ərəfəsində Həzrət Əlinin (ə) hərəmində zəvvarların sayı artmaqdadır. Ötən illərdə hərəmin həyəti və giriş qapıları qadınların üzünə bağlı olsa da, bu il belə bir məhdudiyyət tətbiq edilməyib. Belə ki, qadınlar hərəmin həyətinə və ziyarətgaha daxil olmaq üçün xüsusi qapılardan keçə biləcəklər.
Zəvvarlar bu prosesin təxminən 1.5- 2 saata ərzində hərəmə daxil ola biləcək və bu məkandan əlavə, Həzrət Zəhra (s) səhnindən də giriş etmə imkanı qazanacaq.
Ərbəinə 5 gün qalır və Hz.Əlinin (ə) hərəmindən çəkilmiş fotoları diqqətinizə çatdırırıq: