Bu il övladlığa uşaq götürmək üçün 180-dən çox müraciət daxil olub

Bu il övladlığa uşaq götürmək üçün 180-dən çox müraciət daxil olub

2021-ci ilin ilk altı ayı ərzində övladlığa uşaq götürmə ilə bağlı 182 müraciət daxil olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2021-ci ilin ilk yarısının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O qeyd edib ki, müraciətlərin 58-i müəssisədən olan uşaqların övladlığa götürülməsi ilə bağlıdır: “Bu dövrdə 28 qız və 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib. 31 uşaq isə ailələrinə qaytarılıb”.

V. Behbudov əlavə edib ki, övladlığa verilən uşaqların monitorinqi həyata keçirilir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =