Bu ilin əvvəlindən 88 fələstinli şəhid olub

Bu ilin əvvəlindən 88 fələstinli şəhid olub

Fələstin Səhiyyə Nazirliyinin statistikasına görə, 2023-cü ilin əvvəlindən indiyədək 88 fələstinli, əsasən də İordan çayının qərb sahilinin şimalında şəhid olub.

Əgər ikinci intifazədən sonra uzun illər sionistlərin əsas narahatlığı Qəzzədən idisə və onlar İordan çayının qərb sahilindən o qədər də böyük təhlükə hiss etmirdilərsə, bir ildən artıqdır ki, İordan çayının qərb sahili misli görünməmiş şəkildə ayağa qalxıb.

Statistik məlumatlara görə, 2023-cü ilin əvvəlindən bu ərazidə 88 fələstinli şəhid olub.

“Ərəb 48” saytının məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin statistikasına əsasən, bu 88 şəhid arasında 17-si qadın və uşaq olmaqla, 35 şəhidlə ən çox şəhidi olan şəhər Cənin şəhəri və düşərgəsidir.

Bu hesabata görə, Nablusda 21, Hebronda 7, Yerixoda 6, İordan Vadisində 5, Qəlqəliyyədə 5, Ramullahda 3, Qəzzədə 2, Beyti-Ləhmdə 2, Sələfit və Tubas qəsəbələrində 2 nəfər şəhid olub.

Bununla əlaqədar dünən gecə (cümə axşamı) Cənin şəhərinin sakinlərinin böyük izdihamı “Bərəkət Şərim” (29 yaş), “Nəzzal Amin Zeydan Xazim” (28 yaş), “Ömər Məhamməd Əvadin” (16 yaş) və “Lui Xəlil Səğir” (37 yaş) adlı dörd fələstinli şəhidin müqəddəs cənazələrini dəfn edib.

Sionist rejimin xüsusi təyinatlı qüvvələri ötən gecə ağır texnika və zirehli maşınlarla Cənin şəhərinə daxil olub və müqavimət qüvvələri ilə şiddətli toqquşma baş verib.

 Bu qarşıdurmada dörd fələstinli şəhid olub və 23 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − twelve =