Bu ilin əvvəlindən indiyə kimi 42 fələstinli şəhid olub

Bu ilin əvvəlindən indiyə kimi 42 fələstinli şəhid olub

Yerixo və Nablusda son 24 saatda 6 fələstinli gəncin şəhid olması ilə bu ilin əvvəlindən bu yana fələstinli şəhidlərin sayı 42-yə çatıb.

“Qüdsul-Əxbariyyə” saytının məlumatına görə, bu ilin əvvəlindən 42 fələstinli gənc İsrail əsgərləri tərəfindən şəhid edilib.

Fələstin Səhiyyə Nazirliyi bu ilin əvvəlindən İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 42 fələstinlinin İsrail əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb. Nazirlik şəhidlərdən 6-nın uşaq, birinin isə qadın olduğunu vurğulayıb.

Dünən sionist qüvvələrin Yerixonun Əqəbə Cabr düşərgəsinə vəhşicəsinə hücumu zamanı Rəfət Vail Əvzat, İbrahim Vail Əvzat, Ədhəm Məcdi Əvzat, Sair Əvzat və Malik Lafi adlı beş fələstinli döyüşçü şəhid olub.

Bu səhər sionistlərin Nablus şəhərinə hücumu zamanı Həmzə Əl-Əşqar adlı 17 yaşlı fələstinli hərbçi şəhid olub və bununla da İordan çayının qərb sahilində bu ilin başlanmasından ötən 37 gün ərzində fələstinli şəhidlərin sayı 42-yə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =