Bu ilin əvvəlindən sionistlər tərəfindən güllələnən 15 fələstinli uşaq şəhadətə çatıb

Bu ilin əvvəlindən sionistlər tərəfindən güllələnən 15 fələstinli uşaq şəhadətə çatıb

Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Hərəkat bildirir ki, İsrail ordusunun fələstinli uşaqlara qarşı təcavüzü və cinayətləri bu il görünməmiş sürətlə artıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, hərəkat yaydığı bəyanatda bildirib ki, bu ilin əvvəlindən 15 fələstinli uşaq sionist hərbçilər tərəfindən güllələnib.

İordan çayının qərb sahili şəhərləri arasında Cənin şəhəri 5 uşağın şəhadəti ilə uşaqlara qarşı ən çox sionist cinayətlərinin şahidi olub.

Onlarla başqa uşaq İsrail qüvvələri tərəfindən güllələnərək yaralanıb və bir çoxu saxlanılıb.

Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Hərəkat vurğulayıb ki, İsrail işğalçıları fələstinli uşaqlara qarşı cinayət törətdiklərinə görə məsuliyyətə cəlb olunmadıqları və cəzalandırılmadıqları müddətdə onlar fələstinlilərə qarşı cinayət törətməyə davam edəcəklər.

Hərəkat İsrail liderlərinin fələstinli uşaqların cinayətlərinə və qətllərinə görə məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyəti dərhal addım atmağa çağırıb.

Qeyd edək ki, ötən il İsrail hərbçilərinin hücumları və törətdiyi cinayətlər nəticəsində 78 fələstinli uşaq həlak olub ki, onlardan 60-ı ötən ilin mayında İsrailin Qəzzəyə hücumu zamanı şəhadətə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =