Bu kənddə şagirdlər məktəbə getməkdən imtina etdi-Video

Bu kənddə şagirdlər məktəbə getməkdən imtina etdi-Video

Şahbuz rayon Külüs kəndinin məktəbliləri bir həftədir ki, məktəbə getməkdən imtina edirlər. Səbəb isə kənd tam orta məktəbdə suyun olmamasıdır. Halbuki, məktəbin açılışında su xətləri çəkilib, artezian vurulub. Sakinlər deyir ki, su xəttinin açılışından dərhal sonra suyu kəsiblər.

Şagirdlər məktəbə evdən özləri ilə qablarda su gətirməkdən təngə gəliblər.

Məktəbin direktoru isə artezianın nasosunun yandığını, qısa vaxtda bunun düzələcəyini dedi.

Qeyd edək ki, Külüs kənd tam orta məktəbi 2023-cü ildə tikilib istifadəyə verilib. Məktəb 110 şagird yerlikdir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =