Bu məşhur şəhərə turist axınının qarşısı alınacaq
Publika.az xəbər verir ki, ziyarətçilərin sayını və ətraf mühitin çirklənməsini azaltmağı hədəfləyən Niderlandın paytaxtı Amsterdamda bələdiyyə böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub.
Məlumata görə, böyük gəmilərin şəhərin davamlılıq hədəfləri üçün uyğun olmadığını bildirilib.
Qərara əsasən, şəhərdəki kruiz gəmisi terminalı bağlanacaq. Bu isə paytaxtda kütləvi turizmin qarşısının alınması üçün həyata keçirilən sonuncu tədbirlərdən biridir.
Publika.az