Bu nömrələrdən edilən zəngləri dinləmək mümkün deyil – YENİ ŞİFRƏLƏMƏ

Bu nömrələrdən edilən zəngləri dinləmək mümkün deyil – YENİ ŞİFRƏLƏMƏ

China Telecom telefon danışıqlarını üçüncü şəxsin  dinləməsinin qarşısını alan kvant şifrəli danışıq xidmətini başladıb.  

Maide.az ted.az-a istinadən bildirir ki, hələ pilot mərhələdə olan xidmətin hərbi və dövlət qurumları kimi yüksək səviyyəli təhlükəsizlik tələb edən sahələrdə istifadəsi planlaşdırılır. Şirkət bunun simsiz rabitə sahəsində yeni mərhələ olacağını bildirib.  

Qeyd edilib ki, Çinin Anhui əyalətini pilot bölgə olaraq seçən China Telecom prosesi xüsusi SIM kart və mobil tətbiqlə birlikdə kvant şifrələmə ilə həyata keçirəcək. Sözügedən xidmətdə 5G və süni zəka rol oynayacaq.  

İstifadəçilər kvant şifrələnmiş telefon danışığı xidmətindən yararlanmaq üçün China Telecom mağazasına getməli və bu xidməti dəstəkləyən SİM kart almalıdırlar. Bundan sonra, “Quantum Safe Search” tətbiqi SİM kartın olduğu telefona yüklənməlidir.  

Qeyd edək ki, China Telecom hələlik xidmətin qiyməti barədə heç bir məlumat paylaşmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − one =