Bu ölkə Moskvadakı səfirini geri çağırdı
Publika.az xəbər verir ki, yanvar ayında Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkilinə endirmək qərarına gəlib.
Estoniyanın Moskvadakı səfiri Marqus Laidreyə fevralın 7-dək Rusiyanı tərk etmək əmri verilib.
Diplomatik münasibətlərin səviyyəsi aşağı düşəcəyi üçün Rusiya da Tallindəki səfiri Vladimir Lipayevi geri çağıracaq. O da fevralın 7-dən gec olmayaraq Estoniyanı tərk etməlidir.
Estoniya tərəfi vurğulayıb ki, Moskvadakı səfirliyini bağlamaq niyyətində deyil.
Publika.az