Bu ölkə Rusiyadan qazı rublla alacaq
Publika.az “TRT”yə istinadla xəbər verir ki, Slovakiyanın İqtisadiyyat naziri Riçard Sulik bu barədə danışıb.
O bildirib ki, Slovakiya Rusiyadan mavi yanacaq axınını sabit saxlamaq üçün lazım gələrsə, Rusiya qazının pulunu rublla ödəyəcək: “Rusiyadan idxal edilən mavi yanacaq Slovakiyanın bütün qaz tədarükünün təxminən 85 faizini təşkil edir. Buna görə də ölkə hakimiyyəti bu məsələdə praqmatik addımlar atacaq. Biz Rusiya qazından imtina edə bilmərik. Ona görə də alternativ yollar haqqında düşünürük. Slovakiyanın yanacaq alışı ilə bağlı mövcud problemi həll etmək üçün cəmi iki ay vaxtı var”.
Publika.az