Bu ölkədə narkotiki betona qarışdırırlar ki…
Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Cinayətkarlardan götürülmüş narkotik vasitələr digər tullantılarla birlikdə əzilir, sonra onlara sement, qum və su əlavə edilir.
Qeyd olunur ki, zərərli maddələr möhürlənmiş materialdan hazırlanmış qablara qablaşdırıldıqda, utilizasiya üçün inkapsulyasiya üsulundan istifadə edilir.
Ekvador hakimiyyəti bildirib ki, indi inşaatçılar ələ keçirilən kokaindən istifadə edərək zavodun anbarı üçün bünövrə tikirlər. Onun hansı müəssisə olduğu təhlükəsizlik baxımından açıqlanmır.
Publika.az