Bu ölkələrin orduları birləşir
Publika.az xəbər verir ki, 2023-cü ildə Niderland kollektiv Avropa müdafiəsini gücləndirmək üçün üç quru briqadasının alman qüvvələrinə inteqrasiyasını başa çatdırmağı planlaşdırır. Plan 8 min nəfərin iştirakını nəzərdə tutur.
Qeyd olunur ki, Niderlandın quru qoşunlarının tərkibində üç döyüş briqadası var, onlardan ikisi artıq Almaniya silahlı qüvvələrinə inteqrasiya olunub. Niderlandın 13-cü Yüngül Piyada Briqadası və Bundesverin 10-cu Panzer Diviziyasının da birləşdiriləcəyi bildirilir.
Publika.az