Bu qəzaya görə bəraət aldılar – 228 nəfər ölmüşdü
Publika.az xəbər verir ki, Paris məhkəməsi 2009-cu ildə baş vermiş təyyarə qəzasında 228 nəfərin ölümü ilə bağlı Avropanın “Air France” aviaşirkətinə və təyyarə istehsalçısı “Airbus”a bəraət hökmü çıxarıb. Bu barədə BFM TV məlumat yayıb.
Məhkəmə qərarına əsasən, “Air France” və “Airbus” şirkətlərinin günahı sübuta yetirilməyib. Aviaşirkət ittihamların öz təsdiqini tapmamasını bu cür şərh edib: “Müştərilərin öz pilotlarına olan inamını bərpa etmək və sərnişinlərin təhlükəsizliyini mütləq prioritet etmək əsas niyyətimizdir”.
Xatırladaq ki, “AirFrance” şirkətinə məxsus Airbus A330-200 təyyarəsi 2009-cu ildə Atlantik okeanı üzərində qəzaya uğrayıb. Qəza nəticəsində 216 sərnişin və 12 ekipaj üzvü həyatını itirib.
Publika.az