Bu region hərbiləşdirilir, NATO böyük təhlükə yaradır – Lavrov
Publika.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya Sammitində çıxışı zamanı Asiya-Sakit Okean regionunun NATO-nun ucbatından getdikcə hərbiləşdiyini bildirib. Bu barədə XİN-in saytında məlumat verilib.
“Qərbin yaratdığı şəbəkə blokadasının blok mexanizmləri əsasında NATO qüvvələrinin və infrastrukturunun bu regiona daxil olması fonunda Şərqi Asiyanın hərbiləşdirilməsi risklərinə xüsusi diqqət yetirilir”, – materialda deyilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə dövlətləri arasında münaqişə potensialının mümkün nəticələrindən danışıb. Onun sözlərinə görə, bu, Asiya-Sakit okean regionunda müharibəyə çevrilə bilər.
Bu arada ABŞ Vaşinqtonun Asiyada NATO-nun analoqunu yaratmaq istəmədiyini açıqlayıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, ABŞ Yaponiya və Cənubi Koreya ilə NATO modelində rəsmi hərbi ittifaq yaratmaq niyyətində deyil.
Publika.az