Bu, təcilidir, Avropa “ölə” bilər – Borrell

Bu, təcilidir, Avropa “ölə” bilər – Borrell

Soyuq müharibədən sonrakı beynəlxalq sistem artıq mövcudluğunu dayandırıb və ABŞ hegemon statusunu itirib.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell bildirib.

“Soyuq müharibədən sonra yaşadığımız beynəlxalq sistem mövcud olmağı dayandırdı, Amerika hegemon statusunu itirdi və 1945-ci ildən sonrakı dünya nizamı çökür”, – Borrell vurğulayıb.

O bildirib ki, bütün bunların fonunda AB və Böyük Britaniyanın rolu müəyyən edilməlidir:

“Amma bu, artan təhlükələrə necə cavab verməyimizdən asılı olacaq. Avropanın “ölə” biləcəyi ilə bağlı xəbərdarlıqları eşitdiyimiz üçün bu, təcili əhəmiyyət kəsb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 4 =