Bu yolda təmir var

Bu yolda təmir var

Bu gün Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücü üzərində təmir işləri aparılacaq.

Sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır.

Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq. Təmir işlərinin axşam saatlarınadək aparılıb yekunlaşdırılması nəzərdə tutular.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + seven =