Burkina-Fasoda 28 kişinin meyiti tapılıb
Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində açılan atəş nəticəsində həlak olan 28 kişinin meyiti tapılıb.
“Report” “Reuters” xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat verib.
Meyitlər dekabrın 30 və 31-də tapılıb. Prokurorluqdan verilən məlumata görə, qətllə bağlı istintaq başlayıb. Baş verənlərin təfərrüatları açıqlanmayıb.
Agentliyin məlumatına görə, bazar ertəsi Burkina-Faso Vətəndaş Cəmiyyəti Təşkilatı kişilərin qətliamında hökumət tərəfindən maliyyələşdirilən Vətənin Müdafiəsi Könüllülərinin üzvlərini günahlandırıb.
Report.az