Buş dövrünün rəsmisi Doran: Türkiyə ilə İsrailin Suriyadakı maraqları kəsişir

Buş dövrünün rəsmisi Doran: Türkiyə ilə İsrailin Suriyadakı maraqları kəsişir

Corc Buş dövründə Ağ Ev rəsmisi Maykl Doran Türkiyə və İsrailin Yaxın Şərqdə üst-üstə düşən strateji maraqlarına diqqət çəkib.

Hudson İnstitutunun baş elmi işçisi və Ağ Evin keçmiş rəsmisi Dr. Maykl Doran bir YouTube kanalına müsahibəsində Türkiyə, İsrail və Azərbaycanın strateji əməkdaşlığına diqqət çəkərək, bu üç ölkənin maraqlarının bir çox məqamlarda üst-üstə düşdüyünü bildirib.

Suriya prezidenti Bəşər Əsədin devrilməsini şərh edən Doran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “son dərəcə praqmatik və bacarıqlı lider” kimi qiymətləndirib.

İsrailin baş naziri Benyamin Netanyahunun da bu mənada oxşar yanaşması olduğunu bildirən Doran, “Yaxın Şərqdə təhlil dövlətlərin maraqlarından başlamalıdır. Türkiyə İsrail üçün ekzistensial təhlükə deyil” dedi.

Azərbaycanın İsrailin ən böyük müttəfiqlərindən biri olduğunu xatırladan Doran Azərbaycanla Türkiyənin yaxın münasibətinə diqqət çəkərək, “Türklər və azərbaycanlılar özlərini bir millət, iki dövlət kimi görürlər. Azərbaycan İsrailə neft verir və bu neft Türkiyədən keçir” dedi. “Ərdoğanın bəzi sərt açıqlamalarına baxmayaraq, bu ticarət davam edir.

Doran əlavə edib ki, Bərzaninin rəhbərliyi altında İraq Kürdüstanı Türkiyəni özünün ən mühüm müttəfiqi, İsraili isə ikinci ən böyük müttəfiqi kimi görür və bu dinamikanın regional əməkdaşlıq üçün kritik olduğunu vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − ten =