Buşun həzyanları: İraqın işğalı amansız idi; Mən Ukraynanı nəzərdə tuturdum

Buşun həzyanları: İraqın işğalı amansız idi; Mən Ukraynanı nəzərdə tuturdum

ABŞ-ın keçmiş müharibə meyilli Prezidenti səhvən “Ukrayna” sözünün əvəzinə İraq sözünü işlədib, İraqın işğalının amansızca olduğunu deyib.

2003-cü ildə qondarma səbəblərlə İraqa həmlə edən ABŞ-ın keçmiş Prezidenti Corc Buş dünən (çərşənbə günü) Dallasda etdiyi çıxışda Ukrayna sözünü işlətmək əvəzinə, səhvən deyib ki, İraqa hücum “əsaslandırılmaz” və “qəddarcaına” olub.

“Reuters”in məlumatına görə, cümləsini düzəltməzdən və başını tərpətməzdən əvvəl Rusiya siyasi sistemini tənqid edən çıxışında Buş deyib: “İraqın işğalı tamamilə əsassız və barbarcasınadır.”

Sonra isə Buş “Mən Ukraynanı nəzərdə tuturam.” deyib. ABŞ-ın keçmiş müharibəpərəst Prezidenti daha sonra zarafatla şifahi səhvini qocalığı kimi qələmə verib və tamaşaçılar gülməyə başlayıb.

ABŞ-ın keçmiş Prezidenti Rusiyanın Ukraynadakı hərbi əməliyyatını tənqid edərək, bunu barbarcasına və əsassız adlandırıb. Halbuki, onun özü 2003-cü ildə İraqa kütləvi qırğın silahları bəhanəsi ilə soxulmuşdu və sonradan məlum oldu ki, heç bir kütləvi qırğın silahından istifadə olunmur. Vaşinqtonun İraqda uzun sürən müharibəsi yüz minlərlə insanın ölümünə, minlərlə insanın didərgin düşməsinə səbəb olub.

Reuters xəbər verir ki, keçmiş ABŞ prezidentinin sözləri kiberməkanda sürətlə yayılıb və Twitter-də üç milyondan çox insan onu izləyib. Dallas News-un müxbiri Corc Buşun qəflətə məruz qaldığı videonu internetə yerləşdirib.

Keçmiş ABŞ prezidenti həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini Britaniyanın müharibə dövründəki lideri Winston Çörçilə bənzədib və daha sonra Rusiya prezidenti Vladimir Putini Ukraynanı işğal etdiyinə görə qınayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 9 =