Bütün dünyanı gözləyən təhlükə: Borc yükü elə bir səviyyəyə yaxınlaşır ki…

Bütün dünyanı gözləyən təhlükə: Borc yükü elə bir səviyyəyə yaxınlaşır ki…

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak bildirib.

O qeyd edib ki, fevralda ABŞ-ın federal borcunun ümumi məbləği 31 trilyon dolları keçib və bu, əvvəlki rekordu qıraraq, ümumi daxili məhsulun (ÜDM) 125%-ni təşkil edib. İndi ABŞ-ın borc yükü qadağanedici həddə yaxınlaşır.

“Beynəlxalq Valyuta Fondunun məlumatına görə, hazırkı borclanma dərəcələri ilə borc səviyyəsi 2028-ci ildə deyil, 2026-cı ildə ÜDM-in 135%-nə çata bilər. ABŞ-ın borc yükü mütləq mənada qadağanedici həddə yaxınlaşır ki, bu da dolların ucuzlaşması və dövlətin innovativ inkişafa sərmayə yatırmaq imkanlarının azalması ilə hədələyir”, – Şostak bildirib.

Onun sözlərinə görə, ABŞ-ın infrastruktur layihələrinin həyata keçirilməsi ciddi investisiyalar tələb edir. İnvestor hakimiyyətin hələ 1930-cu illərdə tikilmiş obyektlərin, o cümlədən körpülərin və magistral yolların təmiri üçün xərc çəkmək qabiliyyətinə şübhə edir. O, müdafiə büdcəsinin artırılmasına da diqqət çəkib.

ABŞ-ın borc performansı və faiz ödənişləri geniş şəkildə dəyişir. Ekspert əlavə edib ki, təkcə 2022-ci ildə borc üzrə faiz xidməti 475 milyard dollar təşkil edib, bu rəqəm 2033-cü ilə qədər 1,4 trilyon dollara yüksəlməlidir.

Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard etiraf edib ki, çox güman, ABŞ administrasiyası borcunu defolt edərsə, təkcə ABŞ deyil, bütün dünya mənfi nəticələrlə üzləşəcək.

AMB rəhbəri demokratları və respublikaçıları siyasi əhval-ruhiyyəni arxa plana keçirməyə və “millətin ali maraqlarına” riayət etməyə çağırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + fourteen =