Bütün Fələstin torpaqlarında mitinqlər və aksiyalar məqsədilə tətil elan edilib

Bütün Fələstin torpaqlarında mitinqlər və aksiyalar məqsədilə tətil elan edilib

İsrailin Qəzzaya hücumuna etiraz əlaməti olaraq bu gün İordan çayının qərb sahilində bütün idarə və məktəblər tətil elan edilib. İsrailin nəzarətində olan ərəblərin yaşadığı bölgələr də tətil elan ediblər.

SalamNews xəbər verir ki, HƏMAS və Fətəh həərkatlarının çağırışının ardından bu gün bütün Fələstin torpaqlarında kütləvi və irimiqyaslı etirazlar və aksiyalar gözlənilir.

Qeyd edək ki, ötən gün Fəth hərəkatı bütün fələstinliləri o cümlədən, İsrailin nəzarətində olan “1948-ci ilin ərəbləri”ni səfərbər olmağa, qiyam və etiraza qalxmaya çağırıb.

Bu çağırışda, fələstinlilərə İsrailin qurduğu postlara doğru irəliləmək və burada səfərbər olmaq çağırışı edilmişdi.

Xatırladaq ki, İsrailin Qəzzaya hava zərbələrində ölənlərin sayı artıq 215-ə çatıb. Ölənlərin ən azı 61-i uşaqdır. İsrail təkcə bu gün sübh Qəzzaya 70 hava zərbəsi endirdiyini bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 16 =