Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
![Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var](https://sizinyol.org/wp-content/uploads/2022/10/20-2.jpg)
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, qəza zamanı iki minik avtomobili toqquşub.
Nəticədə rayon sakinləri – Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Report.az