“Cəbhətun-Nusrə” terrorçuları Suriyanın İdlib şəhərində atəşkəsi pozmaqda davam edir
Rusiyanın Suriyadakı Milli Barışıq Mərkəzi Suriyanın İdlib bölgəsində deeskalasiya zonasında “Cəbhətun-Nusrə” terrorçularının hücumlarının davam etdiyini açıqlayıb.
Əl-Məyadinə istinadən verilən məlumata görə, Rusiyanın Suriyadakı Milli Barışıq Mərkəzi dünən axşam saatlarında Cəbhətun-Nusrə terrorçularının Suriyanın şimal-qərbində İdlibdə deeskalasiya zonasında 7 atışma əməliyyatı həyata keçirdiklərini açıqlayıb.
“Hamimim” bazasında yerləşən bu mərkəzin komandir müavini “Oleq İqorov” bu xəbəri açıqlayarkən deyib: Cəbhətun-Nusrə terrorçuları son 24 saatda İdlibdəki gərginliyin azaldılması zonasına yeddi dəfə hücum ediblər. İqorov Hələb vilayətində beş, İdlib və Latakiya əyalətlərinin hər birində bir hücumun qeydə alındığını açıqlayıb.
Qeyd edək ki, Rusiyanın Suriyadakı Milli Barışıq Mərkəzi ötən il iyulun 29-da Cəbhətun-Nusrə terrorçularının İdlibdə deeskalasiya zonasına 8 dəfə hücum etdiyini, bunlardan 6-sı Hələbdə, 1-i İdlibdə, digərinin isə Latakiyada olduğunu açıqlamışdı.
İdlibdəki deeskalasiya zonasına edilən bu terror hücumları bəzi regional və regiondankənar ölkələrin dəstəyi ilə həyata keçirilir. Suriya ordusu isə Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə onların İdlib və Hələbdəki mövqelərini hədəfə alır və bölgə iki tərəf arasında şiddətli atışmaların şahidi olur.