Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib – YENİLƏNİB

Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunda baş vermiş mina partlayışı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan məlumatda deyilir: “Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı qeydə alınıb. Müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyə edilməklə xəstəxanaya çatdırılıb.

Araşdırmalar davam etdirilir”.

***13.23

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =