Cəlali: “3+3” formatında yeni görüş keçiriləcək

Cəlali: “3+3” formatında yeni görüş keçiriləcək

İran İslam Respublikasının Rusiyadakı səfiri bəyan edib ki, bu il “3+3” formatında yeni görüş keçirilə bilər.

Kazım Cəlali Gürcüstanın da bu görüşdə iştirakına ümid etdiyini bildirib.

Səfir qeyd edib ki, bu format Cənubi Qafqazda problemlərin həlli üçün ən səmərəli formatdır.

Diplomatın sözlərinə görə, digər dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, regionda gərginliyi və etimadsızlığı da artırır.

“Biz həmişə qonşularımıza demişik ki, regiondankənar qüvvələrin bu regionda olması bizim maraqlarımıza uyğun deyil və biz əminik ki, regiondankənar qüvvələr ölkələrimiz üçün faydalı ola bilməz, regional problemləri region ölkələri həll etməlidir”, – deyə iranlı diplomat Kazım Cəlali qeyd edib.

O, 3+3 platformasının əvvəlki iclasının ötən il Tehranda keçirildiyini xatırladıb və deyib: “fövqəlgüclərin istənilən müdaxiləsi vəziyyəti gərginləşdirir və onların mövcudluğu Cənubi Qafqazda nizamlanmaya mane olur. Bu regionda altı ölkə var – Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan. Məhz elə bu ölkələr də region üzrə ən yaxşı ekspertlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 1 =