Cəlali: İran Doğru Vəd 2 əməliyyatı ilə İsrailə öz mesajını çatdırdı

Cəlali: İran Doğru Vəd 2 əməliyyatı ilə İsrailə öz mesajını çatdırdı

 İranın Rusiyadakı səfiri Doğru Vəd 2 əməliyyatı barədə deyib: Biz cavab hüququndan istifadə edib çatdırmaq istədiyimiz mesajı çatdırdıq. Sionist rejimin istənilən hərəkətinə daha sərt cavab verəcəyik.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Kazım Cəlali “24 Rusiya” kanalının aparıcısı “Aleksandr Kariyevski” ilə söhbətində Livanda baş verən hadisələrlə bağlı deyib: İran rəsmiləri müharibənin genişlənməsini istəmədiklərini dəfələrlə deyib. Amma sionist rejim bizə hücum edərsə, biz də uyğun və şiddətli cavab verəcəyik. Biz cavabımızı verdik. Həm Silahlı Qüvvələrin komandanı, həm İnqilab Keşikçiləri Korpusu komandanı, həm xarici işlər naziri, həm də hər şeydən əvvəl hörmətli prezidentimiz “əməliyyatımıza cavab olarsa, cavabımız daha sərt olacaq” deyə mövqelərini ifadə etdilər. Bundan sonrası  isə Amerika və İsrailin iradəsindən asılıdır.

İran səfiri həmçinin İranın özünü təmkinli göstərib, müharibə ardınca olmadığını, sadəcə Qəzzə xalqını xilas etmək üçün çıxış yolları axtardığını qeyd edərək vurğulayıb: Səbir və təmkinliyin də  bir həddi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 5 =