Cəlilabadda şəhid gizir dəfn edilib – FOTOLAR

Cəlilabadda şəhid gizir dəfn edilib – FOTOLAR

Cəlilabad rayonunda şəhid gizir, 1991-ci il təvəllüdlü Həsənov Namiq Rasim oğlu dəfn edilib.
Yeniavaz.com
“report”a istinadla xəbər verir ki, şəhidlə əvvəlcə doğulduğu evdə vida mərasimi keçirilib.
Daha sonra şəhid doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı yaxınlarına təqdim edilib.
Dəfn mərasimində rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak ediblər.
Allah rəhmət eləsin!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 19 =