Cəmiyyətimiz şəhidlər qarşısında özünü borclu və vəzifəli hiss edir

Cəmiyyətimiz şəhidlər qarşısında özünü borclu və vəzifəli hiss edir

Həcc nazirliyi təşkilatının rəhbəri şəhidlərin xatirəsini ehtiramla yad edib və vurğulayıb: Cəmiyyətimiz şəhidlər və onların ailələri qarşısında özün borclu və vəzifəli hiss edir.

Həcc və Ziyarət Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, İyulun 4-ü bazar ertəsi axşam saatlarında Vəliyyi-Fəqihin Həcc və Ziyarət üzrə nümayəndəsinin müavini və Həcc və Ziyarət Təşkilatının rəhbərinin iştirakı ilə “Violet” otelinin iclas zalında şəhid ailələrinin ehtiramla yad edilməsi mərasimi keçirilib. Buraada 23 şəhid ailəsi və hərəsi iki şəhid övladı verən ailələr iştirak edib. Onlar səbr və fədakarlıq nümayiş etdiriblər.

Həcc və Ziyarət Təşkilatının rəhbəri doktor Seyid Sadiq Hüseyni bu mərasimdə müqəddəs müdafiə şəhidlərini, Məkkə şəhidlərini və hərəmi müdafiə edən şəhidləri ehtiramla yad edərək dedi: Bütün sözlər arasında şəhid sözündən daha müqəddəs bir söz yoxdur.

O, Qurani-Kərimin infaq edənlər, əməlisalehlər və sairə kəslər haqqında gözəl şeylərdən bəhs etdiyinə işarə edərək, əlavə etdi: Quran ayələrinə əsasən, şəhid diridir və onlar yaşayır. Onların xatirəsi və təsiri bir neçə əsr keçsə də yox olmur, eynilə zaman keçdikcə Seyidiş-Şühadanın (ə) qanının təsiri və hərarəti artdığı kimi.

O deyib: Şəhidlərimizin pak qanı Əhli-beytin (ə) hərəmini qorumaq üçün töküldü ki, Əhli-beytə (ə) nisbətdə hörmətsizlik olmasın, onların qanı və adları İran xalqının xatirəsində əbədi yaşayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 9 =