Cənin batalyonu: Düşmənin gözündə peşmanlığı görməyincə rahat olmayacağıq

Cənin batalyonu: Düşmənin gözündə peşmanlığı görməyincə rahat olmayacağıq

Fələstin İslami Cihad hərəkatının yüksək rütbəli üzvünün şəhadətindən sonra bu hərəkatın İordan çayının qərb sahilindəki hərbi qolu, düşmənin gözündə peşmanlıq və Fələstin xalqının gözlündə sevinc görməyənə qədər mübarizəni dayandırmayacaqlarını vurğulayıb.

Fələstin İslami Cihad Hərəkatının İordan çayının qərb sahilindəki hərbi qolu olan Cənin Batalyonu bu gün günorta (çərşənbə axşamı) İslami Cihadın yüksək rütbəli üzvü “Xızır Ədnanın” şəhadəti ilə bağlı bəyanat yayıb.

 “Əl-Məyadin” kanalımın məlumatına görə, Cənin Briqadası elan edib: “Şeyx Xızır Ədnanın şəhadəti tamamilə işğalçı kabinetin planlı sui-qəsd əməliyyatı olub.”

Cənin Batalyonu davam edib: “Şəhidlərin qanının intiqamını alacaq və onların mübarizəsini davam etdirəcəyik.” Şəhid Ədnanın şəhadəti bizim mübarizəni  davam etdirmək israrımızı daha da artıracaq. Düşmənin gözündə peşmanlıq, millətimizin gözündə xoşbəxtlik görməyincə cinayətlərə qarşı özümüzü müdafiə etmək hüququndan əl çəkməyəcəyik.”

44 yaşlı Xızır Ədnan Fələstin İslami Cihad hərəkatının yüksək vəzifəli üzvü olub və işğalçı qüvvələr tərəfindən özbaşına həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirib.

Fələstin müqaviməti onun fiziki vəziyyətinin pisləşməsi ilə bağlı işğalçılara dəfələrlə xəbərdarlıq etmişdi. O, ötən həftə fiziki vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb. Amma sionist rejim heç bir vəkil, həkim və ya qanuni şəxslərə onunla əlaqə saxlamağa və səhhətinin vəziyyəti barədə məlumat verməyə icazə verməyib. Fələstinli məhbus Xızır Ədnan 86 günlük aclıq aksiyasından sonra nəhayət bu gün dünyasını dəyişib və şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + seventeen =